Septoplastika: Burun Çəpəri Əyriliyinin Cərrahi Müalicəsi
Burun çəpəri əyriliyi (septum deviasiyası) cəmiyyətdə olduqca geniş yayılmış anatomik vəziyyətdir. Əslində ideal dərəcədə düz burun çəpərinə sahib insan sayı çox azdır. Lakin bu o demək deyil ki, hər əyri septum əməliyyat tələb edir. Septoplastika ilə bağlı ən böyük yanlış fikir də məhz buradan qaynaqlanır — "çəpər əyridirsə, mütləq əməliyyat lazımdır."
Əslində septoplastikanın əsas göstərişi görüntüdə əyri septumun olması deyil, həmin anatomik dəyişikliklə əlaqəli davamlı və klinik əhəmiyyətli nəfəsalma probleminin olmasıdır.
Bu səbəbdən septoplastika planlaşdırılarkən əsas sual belə qoyulmalıdır:
"Septumun hansı hissəsindəki deformasiya burun tənəffüsünü pozur və bu problem necə düzəldilməlidir?"
Septoplastika Nədir?
Septoplastika — burun çəpərinin (septumun) funksional olaraq korreksiya edilməsi üçün aparılan cərrahi əməliyyatdır. Septum burun boşluğunu sağ və sol hissəyə ayıran, sümük və qığırdaq komponentlərindən təşkil olunmuş struktur təbəqədir.
Septoplastika zamanı deformasiya olunmuş hissələr:
-
Yenidən formalaşdırıla bilər
-
Uyğun anatomik vəziyyətə gətirilə bilər
-
Lazım olduqda seçilmiş hissələr çıxarıla bilər
-
Struktur dəstək qorunmaqla yenidən yerləşdirilə bilər
Burada əsas prinsip aydındır: məqsəd mümkün qədər çox toxuma çıxarmaq deyil, hava keçidini yaxşılaşdırarkən septumun və bütöv burunun struktur sabitliyini qorumaqdır.
Septum burun skeletinin vacib dəstəkləyici elementlərindən biridir. Xüsusilə ön (anterior) hissədəki qığırdaq burunun həm formasının, həm də struktur dayanıqlığının qorunmasında mühüm rol oynayır. Müasir septoplastik yanaşmanın əsasında məhz bu prinsip dayanır: Əyri hissəni korreksiya et, lakin burunun struktur dayaqlarını qoru.
Septoplastika Hansı Problemləri Həll Edə Bilər?
Septoplastikanın əsas məqsədi septum mənşəli burun hava yolu darlığını aradan qaldırmaqdır. Əməliyyat xüsusilə aşağıdakı hallarda nəzərdən keçirilə bilər:
-
Davamlı burun tıxanıqlığı
-
Bir və ya hər iki tərəfdən burundan nəfəs alma çətinliyi
-
Septumun nəzərəçarpacaq anatomik dezormasiyası
-
Travmadan sonra yaranmış septal deformasiya
-
Septum əyriliyinin digər burun probemləri ilə birlikdə nəfəsalmaya təsir etməsi
-
Gecə ağızda n nəfəs alma, fiziki aktivlik zamanı burun tənəffüsünün zəifləməsi kimi funksional şikayətlər
Lakin bu simptomların hər biri yalnız septum əyriliyindən yarana bilməz. Buna gərə əməliyyatdan əvvəl digər mümkün səbəblər də qiymətləndirilməlidir.
Hər əyri burun çəpəri probleminə Septoplastika Lazımdır?
Xeyr. Bu, septoplastika haqqında ən vacib məqamlardan biridir. İnsanın septumu anatomik olaraq müəyyən qədər əyri ola bilər, amma pasiyent rahat nəfəs alırsa və əyrilik klinik problem yaratmırsa, əməliyyatın faydası olmaya bilər.
Əməliyyat qərarı əsasən bu dörd komponentin birgə qiymətləndirilməsi ilə verilir:
| Komponent | Açıqlama |
|---|---|
| Simptom | Pasiyentin gündəlik həyatına təsir edən davamlı nəfəsalma çətinliyi varmı? |
| Klinik müayinə | Burun daxili müayinədə hansı anatomik dəyişikliklər aşkarlanır? |
| Anatomik probem | Septal deformasiya nəfəs yolunu real olaraq daraldırmı? |
| Digər səbəblər | Allergiya, turbinat hipertrofiyası, burun qapağı probemi kimi digər faktorlar rol oynayırmı? |
Yəni septumun rentgen, KT və ya endoskopiyada əyri görünməsi tək başına əməliyyat göstərişi deyil. Pasiyentin şikayəti ilə anatomik tapıntı arasında real klinik əlaqə olmalıdır.
Septum Əyriliyinin Forması Niyə Vacibdir?
Septal deformasiya bütün pasiyentlərdə eyni formada olmur. Əyriliyin tipi əməliyyatın texnikasına birbaşa təsir edir:
| Deformasiya Tipi | Xüsusiyyəti |
|---|---|
| Ön qığırdaq hissəsində | Burun girişinə ən yaxın nahiyə — funksional baxımdan ən kritik zonadır |
| Arxa sümük hissəsində | Daha dərində yerləşir, çox vaxt endoskopik qiymətləndirmə tələb edir |
| C-formasında | Septum bir tərəfə doğru əyilib |
| S-formasında | Müxtəlif istiqamətlərdə, iki fərqli səviyədə əyrilik |
| Lokal sümük çıxıntısı (spur) | Septumun müəyyən bir nöqtəsində sivri çıxıntı |
| Mürəkkəb çoxsəviyyəli | Bir neçə səviyyəni əhatə edən kombiə deformasiya |
Ön septal deformasiya xüsusilə əhəmiyyətlidir, çünki bu nahiyə burun qapağına çox yaxındır. Belə hallarda sadəcə əyri hissənin çıxarılması yox, struktur dəstəyi qoruyaraq daha diqqətli rekonstruktiv yanaşma tələb olunur.
Septoplastika Zamanı Septumun Hamısı Çıxarılır?
Xeyr. Septumun tamamilə çıxarılması standart septoplastikanın məqsədi deyil. Bu yanaşma (submukoz rezeksiya) tarixən mövcud olsa da, müasir septoplastika daha konservativ və seçici yanaşma tətbiq edir.
Septum burun skeletinin vacib dəstəkləyici elementi olmaqla yanaşı, xüsusilə ön (kaudal) qığırdaq hissəsi burunun xarici formasının da dayanağıdır. Həddindən artıq struktur toхuma çıxarılarsa, bu aşağıdakı nəticələrə yol aça bilər:
-
Burunun dəstəkləyici mexanizmlərinə mənfi təsir
-
Burun ucunun dəstəyinin azalması
-
"Saddle nose" (yəhər burun) deformasiyası riski
-
Burun qapağının funksiyasının pozulması
Məhz buna gərə müasir septoplastikada "nə qədər az çıxarasan, bir o qədər yaxşı" prinsipi əsas götürülür.
Septoplastika Necə Aparılır?
Əməliyyatın texnikası septumun deformasiya tipindən asılıdır.
Ənənəvi Septoplastika
Müdaxilə adətən burun daxilindən (endonazal yanaşma ilə) aparılır. Xaricdə gərünən kəsik olmur. Cərrah:
-
Selikli qişanı qoruyaraq septumun əyri hissəsinə çıxış əldə edir
-
Deformasiya olunmuş sümük və qığırdaq komponentlərini qiymətləndirir
-
Əyri hissələri ya yenidən formalaşdırır, ya da seçici şəkildə çıxarır
-
Selikli qişanı yenidən yerinə gətirir . Xüsusi Hallarda Lakin bütn hallar bu sadə ssenariyə uyğun gəlmir. Aşağıdakı situasiyalarda daha komleks rekonstruktiv yanaşmalar lazım ola bilər:
-
Ön (kaudal) septal deformasiya
-
Ağır travmatik deformasiya
-
Mürəkkəb çoxsəviyyəli əyrilik
-
Əvvəlki uğursuz septoplastika nəticəsində dəyişmiş septum
-
Septum perforasiyası ilə müşayiət olunan hallar
Belə pasiyentlərdə çox vaxt açıq rinoplastika yanaşması və ya ekstrakorporeal septoplastika kimi daha geniş rekonstruktiv texnikalar nəzərdən keçirilir.
Septoplastika ilə Funksional Rinoplastikanın Fərqi
Bu iki əməliyat təz-təz qarışdırılır, lakin aralarında vacib fərqlər var:
| Xüsisiyyət | Septoplastika | Funksional Rinoplastika |
|---|---|---|
| Əsas hədəf | Septum korreksiyası | Bütn burun tənəffüsünün yaxşılaşdırılması |
| Əhatə dairəsi | Əsasən daxili septum | Xarici skelet, burun qapağı, septum, turbinatlar |
| Xarici kəsik | Adətən yoxdur | Vəziyətdən asılıdır |
| Estetik dəyişiklik | Əsas məqsəd deyil | Funksional məqsədlə yanaşı estetik nəticə də nəzərdə tutula bilər |
Məsələn, pasiyentdə eyni zamanda septum əyriliyi + burun qapağı darlığı + xarici burun skeletinin dezormasiyası varsa, yalnız septoplastika bütn probemi həll etməyə bilər. Belə hallarda funksional rinoplastika çərçivəsində daha geniş rekonstruksiya lazım ola bilər.
Septoplastika və Turbinat ( balıqqulağı və ya burun əti ) əməliyatı birlikdə aparıla bilərmi?
Bəli, və bu olduqca təz-təz rastlanan bir klinik ssenaridir.
Bəzi pasiyentlərdə septum əyriliyi ilə yanaşı aşağı burun balıqqulaqlarının - turbinatların - hipertrofiyası da mövcud olur. Bu zaman yalnız septumu düzəltmək hava yolunu tam yaxşılaşdırmaya bilər.
Belə hallarda pasiyentin anatomiyasına və simptomlarına əsasən septoplastikaya əlvə olaraq turbinatlara ( burun ətinə ) yənəlmiş müdaxilə (turbinat reduksiyası) planlaşdırıla bilər.
Vacib məqam: Burada məqsəd turbinatları mümkün qədər kiçiltmək deyil. Əsas məqsəd hava keçidini yaxşılaşdırmaqla yanaşı, turbinatların normal fizioloji funksiyalarını (havanı nəmləndirmə, qızdırma, süzmə) qorumaqdır. Turbinatların həddindən artıq reduksiyası "boş burun sindromu" (empty nose syndrome) kimi ciddi fəsadlara yol aça bilər.
Septoplastikadan Əvvəl Müayinə Necə Aparılır?
Düzgün əməliyat planı ətraflı müayinədən başlayır. Müayinə prosesi bir neçə mərhələdən ibarətdir:
1. Ətraflı Anamnez (Xəstəlik Tarixçəsi)
Pasiyentdən aşağıdakılar barədə məlumat alınır:
-
Nəfəsalma probeminin nə vaxt başladığı
-
Bir yoxsa iki tərəfli olduğu
-
Gecə artıb-artmadığı
-
İdman zamanı dəyişib-dəyişmədiyi
-
Əvvəlki travmalar və burun zərbələri
-
Əvvəlki burun əməliyyatları (rinoplastika, septoplastika və s.)
-
Allergiya, sinusit və digər yanaşı xəstəliklər
-
Burun açıcı sprey istifadə vərdişi
-
Ağzda nəfəs alma, xoruldama kimi əlamətlər
2. Burun Daxili Müayinə
Septumun hansı hissəsinin əyri olduğu, əyriliyin tipi, turbinatların vəziyəti, selikli qişanın durumu və digər anatomik dəyişikliklər qiymətləndirilir.
3. Burun Qapağının Qiymətləndirilməsi
Bu mərhələ xüsusilə vacibdir, çünki septum əyriliyi ilə burun qapağı probemi eyni pasiyentdə birlikdə ola bilər. Əgər burun qapağı probemi gözdən qaçırılarsa, septoplastikadan sonra da pasiyent "dərindən nəfəs ala bilmirəm" deyə bilər.
4. Endoskopiya (Lazım Olduqda)
Burun boşluğunun daha dərin hissələrinin qiymətləndirilməsinə imkan verir. Lakin bütün pasiyentlər üçün mütləq deyil. Sinus patolojiyası və ya mürəkkəb anatomik vəziyət şübhəsi olduqda əlavə məlumat verə bilər.
5. KT (Kompüter Tomoqrafiyası) — Lazımdırmı?
KT bütün burun probemlərinin universal cavabı deyil. Statik bir gərüntü olduğu üçn, xüsusilə dinamik burun qapağı problemlərini adekvat şəkildə göstərə bilməz. KT yalnız konkret göstəriş olduqda (məsələn, sinuzit şübhəsi, kompleks anatomiya) istifadə edilməlidir.
Septoplastikadan Əvvəl Burun Qapağını Yoхlamaq Niyə Vacibdir?
Bu, xüsusilə funksional nəticə baxımından həlledici məqamdır.
Burun qapağı burun hava yolunun ən dar və hava axını üçn ən kritik hissəsidir. Əgər pasiyentin nəfəsalma probeminin bir hissəsi burun qapağının darlığı və ya dinamik kollapsı ilə bağlıdırsa, yalnız septumun düzəldilməsi kifayət etməyə bilər.
Belə bir ssenaridə pasiyent əməliyatdan sonra belə deyə bilər:
"Çəpərim düzəlib, amma yenə də dərindən nəfəs ala bilmirəm. İdmanda yenə burnum bağlanır."
Bu səbəbdən əməliyatdan əvvəl burun tənəffüsünün bütn kritik sahələri — septum, turbinatlar ( burun əti və ya balıqqulaqlar ) və burun qapağı — birlikdə qiymətləndirilməlidir.
Septoplastika Burunun Gərünüşünü Dəyişirmi?
Standart septoplastikanın əsas məqsədi burunun xarici gərünüşünü dəyişdirmək deyil. Bu, burunun daxilində, gözə çarpmayan kəsiklə aparılan funksional əməliyatdır.
Lakin bəzi mürəkkəb septal dezormasiyalar burunun xarici skeleti ilə sıx əlaqədə olur. Xüsusilə ön (kaudal) septumun ciddi dezormasiyası zamanı yalnız daxili septumun korreksiyası kifayət etməyə bilər. Belə vəziyətlərdə septoplastika rinoplastika ilə birlikdə aparıla bilər. Bu kombiə əməliyat rinoseptoplastika adlanır.
Septorinoplastika həm septumun düzəldilməsini, həm də burunun xarici formasının funksional və/yaxud estetik korreksiyasını əhatə edə bilər.
Septoplastikadan Sonra Sağalma Prosesi
İlk Günlər (1-7 gün)
Əməliyatdan dərhal sonra burun tənəffüsünün yaxşılaşması gözlənilmir. Əksinə, ilk günlərdə:
-
Ödem (şişkinlik)
-
Selikli qişanın reaktiv şişməsi
-
Qanlı ifrazat
-
Qabıqlanma
səbəbindən burun daha bağlı hiss edilə bilər. Bu normaldır və sağalma prosesinin bir hissəsidir.
İlk Həftələr (1-6 həftə)
Sağalma davam etdikcə ödem çəkilir, qabıqlanma azalır və hava keçidi tədricən yaxşılaşmağa başlayır. Çox pasiyentdə əsas nəticə bu dövrdə hiss olunmağa başlayır.
Uzunmüddətli Sağalma (3-6 ay)
Burun toxumalarının tam stabiləşməsi daha uzun müddət tələb edir. Mayo Clinic-in məlumatına gərə, septoplastikadan sonra toxumalar bir neçə ay ərzində sağalma və stabiləşmə prosesindən keçir.
Septoplastikadan Sonra Niyə Burnum Hələ də Tutulur?
Bu sual çox vacibdir və iki fərqli kontekstdə cavablandırılmalıdır:
Erkən Postoperativ Dövrdə
Əməliyatdan sonrakı ilk həftələrdə tıxanıqlığın səbəbi çox vaxt sağalma prosesinin özüdür — ödem, qabıqlanma, selikli qişanın müvəqqəti şişməsi. Bu, əməliyatın uğursuz olduğu mənasına gəlmir.
Gecikmiş Dövrdə (bir neçə ay sonra)
Əgər nəfəsalma probemi daha uzun müddət davam edirsə, aşağıdakı digər səbəblər də nəzərdən keçirilməlidir:
-
Burun qapağı probemi (əvvəlcədən var idisə və ya əməliyat zamanı zəiflədilibsə)
-
Turbinat hipertrofiyası (əgər əməliyat zamanı əlvə müdaxilə edilməyibsə)
-
Allergik rinit (septum düzəlsə belə, allergiya davam edirsə)
-
Qalıq septal dezormasiya (natamam korreksiya)
-
Çapıq toxuması və yapışmalar (sinexiya)
-
Digər anatomik darlıqlar
-
Selikli qişa patolojiyası
Bu səbəbdən "septoplastikadan sonra nəfəs alma zəifdirsə, əməliyat uğursuz olub" nəticəsinə dərhal gəlmək düzgün deyil. Əvvəlcə probemin mənbəyi yenidən qiymətləndirilməlidir.
Septoplastikanın Mümkün Riskləri
Hər cərrahi müdaxilədə olduğu kimi, septoplastikanın da potensial riskləri mövcuddur:
-
Qanama (əksər hallarda yüngül və nəzarət edilə bilən)
-
İnfeksiya (nadir)
-
Davam edən burun tıxanıqlığı
-
Septumda perforasiya (deşik)
-
Çapıq toxuması və yapışmalar (sinexiya)
-
Qoxu hissində müvəqqəti və ya nadir hallarda davamlı dəyişiklik
-
Septumun qalıq əyriliyi (natamam korreksiya halında)
-
Nadir hallarda burunun struktur dəstəyinə təsir edən dəyişikliklər
Risklər pasiyentin anatomiysına, əvvəlki əməliyatlara, travma tarixçəsinə və seçilən cərrahi texnikaya gərə dəyişir. Bu səbəbdən əməliyatın üstünlükləri və mümkün riskləri fərdi konsultasiya zamanı detallı şəkildə müzakirə edilməlidir.
Septoplastikadan Sonra Nəfəsalma Nəticəsini Nə Müəyyən Edir?
Yaxşı nəticə yalnız septumun "düz" olmasından asılı deyil. Nəticəyə təsir göstərən faktorlar:
| Faktor | Əhəmiyəti |
|---|---|
| Septal dezormasiyanın xarakteri | Sadə C-əyriliyi ilə mürəkkəb çoxsəviyəli dezormasiya fərqli texnika və nəticə potensialı daşıyır |
| Burun qapağının vəziyəti | Əməliyatdan əvvəl qiymətləndirilibsə — nəticə daha proqnozlaşdırılandır |
| Turbinatların ölçüsü | Lazım gəldikdə əlavə turbinat müdaxiləsi nəticəni yaxşılaşdıra bilər |
| Selikli qişanın durumu | Allergik rinit kimi selikli qişa xəstəlikləri nəticəyə təsir edə bilər |
| Əvvəlki travma/əməliyatlar | Çapıq toxuması və dəyişmiş anatomiya texniki çətinlik yarada bilər |
| Seçilən cərrahi texnika | Konservativ, strukturu qoruyan yanaşmalar daha dayanıqlı nəticə verir |
| Postoperativ sağalma | Pasiyentin sağalma prosesi də son nəticəyə təsir edir |
Əsas məqsəd yaxşı funksional nəticədir — yəni pasiyentin burundan daha rahat və fizioloji şəkildə nəfəs almasıdır. "Düz septum" bu məqsədə çatmaq üçn vasitədir, məqsədin özü deyil.
Septoplastika Kimlər Üçün Uyğun Ola Bilər?
Septoplastika xüsusilə aşağıdakı pasiyentlərdə nəzərdən keçirilə bilər:
-
Septum əyriliyi ilə əlaqəli davamlı nəfəsalma probemi olanlar
-
Anatomik darlığı klinik müayinədə təsdiqlənənlər
-
Uyğun konservativ müalicədən (allergiya müalicəsi, spreylər) kifayət qədər fayda görməyənlər
-
Burun tənəffüsü həyat keyfiyətinə ciddi təsir edənlər (yuxu pozulması, idman məhdudiyəti, gündəlik fəaliyətdə çətinlik)
Lakin təkrarən vurğulamaq lazımdır:
Əməliyat qərarı yalnız rentgen, KT və ya endoskopiya nəticəsinə əsaslanmamalıdır. Pasiyentin şikayəti ilə anatomik tapıntı arasında klinik əlaqə olmalıdır.
Septoplastika Haqqında Ən Böyük Yanlış Fikirlər
1. "Septum əyridirsə, onu tamamilə çıxartmaq lazımdır."
Yanlışdır. Septum burunun mühüm struktur elementidir. Müasir cərrahiyədə məqsəd: probemi yaradan dezormasiyanı korreksiya etmək + sağlam toxumaları qorumaq + burunun struktur dəstəyini saxlamaq + hava keçidini yaxşılaşdırmaqdır.
2. "Hər əyri septuma septoplastika lazımdır."
Yanlışdır. Septum əyri ola bilər, amma klinik probem yaratmırsa, əməliyatın faydası olmaya bilər.
3. "Septoplastika burunun gərünüşünü dəyişir."
Yanlışdır. Standart septoplastika burun daxilində aparılan funksional əməliyatdır. Estetik dəyişiklik əsas məqsəd deyil. (İstisna: septorinoplastika.)
4. "Əməliyatdan dərhal sonra nəfəs açılmalıdır."
Yanlışdır. İlk günlərdə ödem səbəbindən burun daha da bağlı hiss edilə bilər. Nəticə sağalma ilə bərabər tədricən ortaya çıxır.
5. "Septoplastika bütn nəfəsalma probemlərini həll edir."
Yanlışdır. Əgər probemin digər komponentləri (burun qapağı, allergiya, turbinatlar) varsa, təkcə septoplastika kifayət etməyə bilər.
Tez-tez Verilən Suallar
Septoplastika nə qədər davam edir?
Əməliyatın müddəti dezormasiyanın mürəkkəbliyindən asılıdır. Sadə hallarda 30-60 dəqiqə, mürəkkəb hallarda daha uzun çəkə bilər.
Septoplastika hansı anesteziya ilə aparılır?
Ümumi anesteziya (narkoz) standartdır. Bəzi seçilmiş hallarda lokal anesteziya ilə sedasiya da mümkün ola bilər.
Septoplastikadan sonra işə/həyata nə vaxt qayıtmaq olar?
Çox pasiyent 1-2 həftə ərzində gündəlik fəaliyətə qayıda bilər. Ağır fiziki yüklərdən 3-4 həftə qaçınmaq tövsiyə olunur.
Septoplastikadan sonra eynək taxmaq olarmı?
İlk həftələrdə burun üzərinə təzyiq etməmək tövsiyə olunur. Eynək taxanlar bu müddətdə alternativ həllər (linzalar, eynək asqısı) barədə həkimlə məsləhətləşməlidir.
Septoplastika qoxu hissini yaxşılaşdıra bilərmi?
Əgər qoxu itkisi burun tıxanıqlığı ilə bağlı idisə (hava qoxu reseptoarlarına çata bilmədiyi üçn), septoplastika dolayı yolla qoxu hissini yaxşılaşdıra bilər. Lakin qoxu itkisinin səbəbi fərqlidirsə (məsələn, virus sonrası), septoplastika bu probemi həll etməyə bilər.
Septoplastikadan sonra burun spreyi istifadə etmək olarmı?
Həkim tərəfindən tövsiyə olunan spreylər (məsələn, duzlu su, steroid spreylər) istifadə edilə bilər. Lakin dekonjestan spreylərin (açıcı spreylər) nəzarətsiz istifadəsi tövsiyə olunmur.
Uşaqlara septoplastika edilirmi?
Septoplastika adətən üz quruluşunun inkişafı tamamlandıqdan sonra aparılır. Uşaqlarda septum əməliyatı çox ehtiyatlı yanaşma tələb edir və yalnız ciddi göstəriş olduqda nəzərdən keçirilir.
Nəticə
Septoplastika sadəcə əyri burun çəpərinin "düzəldilməsi" deyil. Bu, burun tənəffüsünün yaxşılaşdırılması məqsədi daşıyan və fərdi anatomiya uyğun planlaşdırılmalı olan funksional cərrahi müdaxilədir.
Uğurlu septoplastikanın əsasında üç əsas prinsip dayanır:
-
Nəfəsalma probeminin həqiqi səbəbini müəyyən etmək — tıxanıqlıq həqiqətən septum qaynaqlıdırmı, yoxsa digər faktorlar da rol oynayır?
-
Əyri septal strukturları mümkün qədər funksional və konservativ şəkildə korreksiya etmək — nə qədər az çıxarılır, struktur bütövlüyü bir o qədər qorunur.
-
Burun qapağı, turbinatlar və digər hava yolu strukturlarını nəzərdən qaçırmamaq — bütn kritik zonalar birlikdə qiymətləndirilməlidir.
Çünki yaxşı nəticə yalnız "düz septum" demək deyil.
Əsas məqsəd pasiyentin burundan daha rahat və fizioloji şəkildə nəfəs almasını təmin etməkdir.
Bu məqalə MD.PhD.Dr Alif Hüseynzadə — KBB Mütəxəssisi, Rinoloq tərəfindən hazırlanmışdır. Mənbə: rino.az